14:27, 03 Sentyabr 2019 (Çərşənbə axşamı) 37

Ukrayna parlamenti deputatların toxunulmazlığı ləğv edib

Ukrayna  parlamenti  deputatların toxunulmazlığı ləğv edib


/ DÜNYA
Ukrayna parlamenti 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlıq hüququnu ləğv edən qanun layihəsini son oxunuşda qəbul edib.

RİA "Novosti” xəbər verir ki, lehinə 373 səs verildiyi qanun layihəsinin qüvvəyə minməsi üçün sənədi ölkə prezidenti də imzalamalıdır.

Yeni qanun millət vəkillərinin parlamentin razılığı olmadan saxlanılmasını, həbs olunmasını, cinayət məsuliyyətinə cəlb edilməsini qadağan edən müddəanın Konstutisiyadan çıxarılmasını nəzərdə tutur.