17:50, 28 Noyabr 2019 (Cümə axşamı) 38

Ukrayna prezidenti Bakıya səfər edəcək

Ukrayna prezidenti Bakıya səfər edəcək
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-17-də Bakıya rəsmi səfər edəcək.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə mənbələr məlumat verib.

Hələlik səfərin proqramı təsdiqlənməyib. Mənbələrdən biri əvvəlcədən V.Zelenskinin Ermənistan və Gürcüstana da səfərinin planlaşdırıldığını, lakin Tbilisidəki etirazlar səbəbindən səfərin yalnız Azərbaycanla məhdudlaşdırılması barədə qərara gəlindiyini bildirib.