10:52, 15 May 2020 (Cümə) 124

Ukraynada daha 483 nəfərdə koronavirus aşkarlanıb

Ukraynada  daha 483 nəfərdə koronavirus aşkarlanıb
Ukraynada koronavirusa yoluxanların sayı 17 300-ü ötdü.
 
"Report” xəbər verir ki, bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da ölkə üzrə yoluxanların sayı 17 330-a çatıb.

Ukraynada virusdan ölənlərin sayı isə son sutkada daha 20 nəfər artaraq 476-ya yüksəlib. İndiyədək 4 473 pasiyent koronavirusdan sağalıb.