10:01, 20 Sentyabr 2019 (Cümə) 61

Ukraynada deputata kərpiclə hücum edilib

Ukraynada deputata kərpiclə hücum edilib


/ DÜNYA
Ukraynada kişi Kiyev Şəhər Şurasının deputatının başına kərpic vurub. 

Bu barədə "Report” yerli KİV-lərə əsasən xəbər verib.

Belə ki, adı açıqlanmayan şəxs Kiyevdə, küçədə qanunsuz tikinti ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət edən deputata hücum edib.

Hadisəni törədən şəxs dərhal tutulub və polis bölməsinə aparılıb.

Nəşrin yazdığına görə, kişinin bu hərəkətinin səbəbi hələ məlum deyil. Həmçinin, vəzifəli şəxsin vəziyyəti barədə də məlumat verilməyib.