16:06, 03 Aprel 2020 (Cümə) 227

Ukraynada koronavirusa yoluxanların sayı artıb

Ukraynada koronavirusa yoluxanların sayı artıb
Ukraynada son sutkada koronavirusa yoluxanların sayı 138 nəfər olub.

"Report” xəbər verir ki, məlumatı Ukrayna Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, aprelin 3-dək olan məlumata əsasən, yoluxanların sayı 942-yə çatıb.

Məlumata görə, virusdan 23 nəfər ölüb. 

Ölkə paytaxtı Kiyev şəhərində 180 nəfər infeksiyaya yoluxub.