15:31, 21 May 2019 (Çərşənbə axşamı) 35

Ukraynada növbədənkənar seçkilərin keçiriləcəyi vaxt açıqlandı

Ukraynada növbədənkənar seçkilərin keçiriləcəyi vaxt açıqlandı


/ DÜNYA
 
Ukraynada Ali Radaya (parlamentə) növbədənkənar seçkilər bu il iyulun 21-də keçiriləcək.

Bu barədə jurnalistlərə parlamentdə təmsil olunan Radikal Partiyasının lideri Oleq Lyaşko ölkə Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra bildirib. 

Mayın 20-də Vladimir Zelenski and içmə mərasimindən sonra parlamenti vaxtından əvvəl buraxdığını elan edib.

"Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna”,- deyə o bildirib.