16:19, 12 İyul 2019 (Cümə) 132

Ukraynada pedofillərin kimyəvi axtalanması ilə bağlı qanun qəbul edilib

Ukraynada pedofillərin kimyəvi axtalanması ilə bağlı qanun qəbul edilib


/ DÜNYA
Ukrayna parlamenti, Verkhovna Rada pedofillərin məcburi kimyəvi axtalanmasına icazə verən qanunu qəbul edib.

Bu barədə Azadlıq Radiosu məlumat verib.

Məlumatda deyilir ki, iyulun 11-də qəbul olunmuş qanun dövlət mediasında dərc olunandan bir gün sonra qüvvəyə minəcək.

Kimyəvi axtalanmaya cərrahiyyə əməliyyatı daxil deyil. Bədənə müəyyən müddətə cinsi fəaliyyəti saxlayan iynələr vurulur.

Bu prosedur 18 yaşından gənc, 65 yaşdan yuxarı şəxslər üzərində aparılmayacaq.

Yeni qanunvericilikdə həmçinin, azyaşlıların zorlanlanmasına görə 15 ilədək, azyaşlıları cəlb etməklə seksual hərəkətlərə görə 5 ilədək həbs cəzası nəzərdə tutulub.

Dünyanın bir çox ölkələrində uşaqbazların məcburi kimyəvi axtalanması qanunidir.

2012-ci ildə Rusiyada qəbul olunmuş qanun məhkumların öz razılığı ilə kimyəvi axtalanmasına icazə verilir.