10:07, 10 Dekabr 2019 (Çərşənbə axşamı) 78

Ukraynada Prezident Admnistarsiyasının qarşısında mitinq keçirilib

Ukraynada Prezident Admnistarsiyasının qarşısında mitinq keçirilib


/ DÜNYA
Kievdə Prezident Admnistarsiyasının qarşısında 800-ə yaxın insan iştirak eetdiyi mitinq keçirilib.

"RİA Novosti” xəbər verir ki, bu barədə paytaxt polisi rəsmi "facebook” səhifəsində məlumat yayıb.

Məlumatda qeyd edilir ki, müxalif və millətçi qüvvələrin iştirak etdiyi mitinq bazar ertəsi günü Ukrayna Prezidenti Vladimir Zelinskinin "Norman Dördlüyü"nün (Fransa, Almaniya, Rusiya və Ukrayna) iclasında iştirak etdiyi ərəfədə baş tutub.

Mitinqdə "milli maraqlardan imtina etməməyə" çağırışlar səsləndirilib. 

Polisin məlumatına görə, hazırda paytaxt Kievdə vəziyyət sakitdir, heç bir ictimai asayiş pozuntusu, iğtişaş qeydə alınmayıb.