12:24, 07 Yanvar 2020 (Çərşənbə axşamı) 219

“Unibank” müştərilərinin hesabından pul silindi - Bank açıqlama yaydı

“Unibank” müştərilərinin hesabından pul silindi - Bank açıqlama yaydı
"Unibank”ın müştərilərin hesabından pul çıxdığı bildirilir.

Bu barədə bankın müştəriləri sosial şəbəkədə yazıblar. 

Müştərilərin bildirdiyinə görə, onların hesabından müxtəlif məbləğdə pul çıxılıb, bir hissəyə isə borc yazılıb.

Məsələ ilə bağlı "Unibank” açıqlama yayıb.

Bankdan bildirilib ki, Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub.

"Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək”, - deyə məlumatda bildirilib.

Elmar Əziz