15:32, 19 İyun 2019 (Çərşənbə) 55

Bu ölkədə uşaqların valideynlər tərəfindən cəzalandırılması qadağan edilib

Bu ölkədə uşaqların valideynlər tərəfindən cəzalandırılması qadağan edilib


/ DÜNYA
Yaponiya parlamenti uşaqların valideynlər tərəfindən cəzalandırılmasına qarşı mübarizəni nəzərdə tutan qanuna dəyişikliyi qəbul edib.

Bu barədə "Fins.az" xəbər verib.

Xəbərdə deyilir ki, dəyişikliyə əsasən, ailədə valideynlərin və ya başqa ailə üzvlərinin azyaşlılara cəza olaraq əl qaldırması qadağan edilib.

Yeni qanunun gələn ilin aprel ayının 1-dən qüvvəyə minəcək.

Qanun dəyişikliyinin səsverməyə çıxarılmasına zəmin ilin əvvəlində məktəbli qızın amansızlıqla qətlə yetirilməsi olub. Uşağını öldürmüş ata polisə verdiyi ifadədə onu "tərbiyələndirmək məqsədilə” döydüyünü bildirmişdi. Ana isə ərinin övladını mütəmadi döyməsinə əngəl olmayıb.