20:26, 21 Avqust 2019 (Çərşənbə) 103

Valideynlər etiraz aksiyası keçiriblər: "Ya oğlumu azad et, ya məni də həbs et!""

Gəncədə baş vermiş hadisələrə görə həbs edilən və hazırda məhkəmə prosesi gedən şəxslərin valideynləri etiraz aksiyası keçiriblər.

Onlar Prezident Administrasiyasının qarşısına yürüş etməyə cəhd ediblər.

Etirazçılar REAL TV-də Gəncə hadisələrinə həsr olunmuş verilişə də etirazlarını bildiriblər. 

Gəncə sakinləri bildiriblər ki, həbs olunanlar barəsində məhkəmə qərarı hələ ki qüvvəyə minməyib, buna görə də onları cinayətkar adlandırmaq qanuna ziddir. 

Etirazçılar deyib ki, bununla bağlı kanalın rəhbəri və verilişin aparıcısı Mirşahin Ağayevi məhkəməyə verəcəklər.

Əraziyə cəlb olunmuş polis qüvvələri yolu kəsərək yürüşə imkan verməyiblər. 

Aksiyanın iştirakçısı biri - Sevinc Hüseynova saxlanılaraq Səbail Rayon 9-cu polis bölməsinə aparılıb, lakin az müddətdən sonra sərbəst buraxılıb
 
Hazırladı:
Nərgiz Absalamova