Dünya

Vaşinqton: Sanksiyalar İranın maliyyə ehtiyatlarını $10 milyarda endirib

14 Dekabr, 2019
381
ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirbi ki, Vaşinqtonun İrana təqtbiq etdiyi sanksiyalar nəticəsində Tehranın xarici valuyutaya olan çıxışı xeyli məhdudlaşıb.
 
Bu barədə məlumatı AmerikanınSəsi yayıb. 

Rəsminin dediyinə görə hazırda İran rejiminin "xaricdə və daxildə zorakılıq və məşəqqətləri" yaratmaq üçün yalnız $10 milyard dollar pulu qalıb.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk cümə axşamı Vaşinqtonda, Xarici Əlaqələr Şurasında etdiyi çıxışda İranın valyuta ehtiyatları ilə bağlı indiyədək məxfi saxlanan məlumaları bölüşüb.

"ABŞ hökumətinin təhlilinə görə, hazırda İranın $100 milyard dollara yaxın valyuta ehtiyatı var. Bununsa yalnız 10% -i İran hakimiyyəti üçün əlçatandır. Bu miqdar sadəcə $10 milyard dollardır," deyə Huk bildirib.

ABŞ rəsmisi həmçinin bildirb ki, İranın yerdə qalan digər $90 milyard dollar ehtiyatına digər millətlər tərəfindən giriş məhdudlaşdırılıb. Amerikadan qaynaqlanan ikinci sanksiya təhdidi qarşısında bütün beynəlxalq maliyyə təşkilatları və qurumları İranla hər hansı maliyyə əməliyyatlarında iştirak etməkdən imtina edir.

Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya üzrə iqtisadi hesabatına edilən statistik əlavədə İranın ümumi valyuta ehtiyatlarında azalma müşahidə olunur.
 
 
Belə ki, 2018-ci ildə $101 milyard dollar maliyyə ehtiyatının ildən ilə azalaraq 2019-cu ildə $85 milyard və 2020-ci ildə $68 milyard dollar olacağı proqnozlaşdırılıb.

Huk əlavə edib ki, İranın xaricdəki maliyyə ehtiyyatlarının azalmasının digər səbəbi həm də ixrac məshullarına qoyulan qadağadır. Onun sözlərinə görə ABŞ keçən il İrana qarşı daha sərt sanksiyalar kampaniyasına başlamazdan əvvəl Tehranın xarici valyuta qazancının təxminən 50 faizinin neft ixracatı, qalan hissəsini isə neft-kimya, metal və emal edilmiş neft məhsullarının ixracı təşkil edir.

Tramp administarsiyası keçən ildən bəri İranın bütün ixracat məhsullarına sanksiyalar tətbiq edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo