Siyasət

Vəkil Elçin Sadıqova töhmət verilib

26 Fevral, 2019
1334
Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarı ilə fevralın 25-də vəkil Elçin Sadıqova töhmət verildiyi bildirilir.

Bu barədə Elçin Sadıqov özü Facebook səhifəsində məlumat paylaşıb. Elçin Sadıqov hazırda ölkə xaricindədir. O yazıb ki, Rəyasət Heyəti məsələsinə onun iştirakı olmadan baxıb:

"Özü də iştirak etmək barədə xahişimi nəzərə almadan iclası təxirə salmayıblar və qərarı mənim iştirakım olmadan qəbul ediblər. Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi. Verdiyim vəsatətlərin heç birini təmin etmədi”

Ancaq bu açıqlamaya, hələlik, Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə barəsində açılmış intizam icraatının məzmunu ilə razılaşmadığını bildirən vəkil həmçinin, peşəsini qaydalarına uyğun şəkildə icra etdiyini, hər hansı pozuntuya yol vermədiyini vurğulamışdı.

Elçin Sadıqov həmin vaxt demişdi ki, müdafiə etdiyi şəxslə konfidensial olan görüşü dinlənilib və bununla əlaqədar olaraq onun barəsində intizam icraatı başlanılıb.

Həmin vaxt Vəkillər Kollegiyasının sədri Anar Bağırov da rəhbərlik etdiyi qurumda Elçin Sadıqovla bağlı başladılmış intizam icraatına toxunmuş, Baş Prokurorluğun vəkil barəsində intizam tədbiri görülməsi barədə məktubunu araşdırdıqlarını bildirmişdi.

Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdə görə həbs edilmiş Yunis Səfərovun vəkili idi.

Ötən il sentyabrın 5-də Baş Prokurorluğun Elçin Sadıqovun onun müdafiəsindən kənarlaşdırılması barədə qərar qəbul etdiyi bildirilir. Həmin qərarın surəti olduğu bildirilən mətnin fotosunu Yunis Səfərovun anası Leylaxanım İsmayılova açıqlayıb:

"5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci il tarixdə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfidensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoş gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb”.

Baş Prokurorluğun Elçin Sadıqovla bağlı qeyd edilən qərarı Vəkillər Kollegiyasına göndərdiyi və vəkil barəsində intizam icraatı başlandığı bildirilirdi.

Baş verənlərlə bağlı Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Baş Prokurorluğun, eləcə də əlaqəli başqa dövlət qurumlarının vəkillərdən kollegiyaya şikayət etməsi halları Azərbaycanda bundan öncə də baş verib. Vəkillər Kollegiyası son illər bir çox vəkilin fəaliyyətini belə şikayətlərin əsasında dayandırıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev və başqaları var.

Vəkillər fəaliyyətlərinin dayandırılmasını siyasi məhbus sayılan şəxsləri müdafiə etmələri ilə əsaslandırırlar. Vəkillər Kollegiyası rəhbərliyi isə bununla razılaşmır, onları qanun pozuntularına yol verməkdə təqsirləndirir.



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo