Siyasət

Vəkil: "Səs yazıları polislərin yalan danışdığını sübut edir"

8 İyul, 2019
341
Azad Həsənovun işindəki hal şahidləri ilə bağlı polis idarəsinə göndərilən sorğuya cavab verilmir.

Müsavat Partiyasının fəalı, ötən il oktyabrın 10-da xərçəng xəstəsi olan atasını görmək üçün Litvadan Bakıya gəldiyi gün həbs olunan Azad Həsənovun məhkəməsi davam edir.

İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyilə keçirilən prosesdə səs yazıları dinlənilib. Həmin səs yazılarını məhkəməyə vəkil Osman Kazımov təqdim edib. Orada Azad Həsənovun qardaşı ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinin əməkdaşları arasındakı danışıqlar əks olunub. Qardaşı Daxili İşlər Nazirliyindən A.Həsənovun yerini öyrənmək üçün kömək istəyir.

Məhkəmədə ifadə verən polislər isə bildirirdi ki, A.Həsənov tutulandan sonra ailəsinə onun yeri barədə məlumat verilib, yaxınları ilə əlaqə saxlamaq hüququ təmin edilib.

Vəkil məhkəmədə bildirib ki, bu səs yazıları polislərin yalan danışdığını sübut edir. Müdafiəçinin sözlərinə görə, nəinki Bakı şəhər Baş Polis İdarəsində, hətta onun haqqında məhkəmədə həbs-qətimkan tədbiri seçilməsi qərarından sonra da ailəsinə heç bir məlumat verilməyib: "Bu səs yazıları da qarşı tərəfin yalan danışdığını sübut edir".

Vəkil məhkəmədə vəsatət qaldırıb ki, Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndərilib, ora gəlib-gedən adamların qeydiyyat jurnalından A.Həsənov saxlanılan günə aid çıxarış alınsın. Səbəb isə budur ki, A.Həsənov onun işində hal şahidliyi edib, cibindən narkotik çıxdığını iddia edən şəxsləri həmin vaxt idarədə görmədiyini deyir. Vəkil həmin şəxslərin idarəyə nə vaxt gəlib-getməsi məsələsinin aydınlaşdırılmasını istəyir.

O.Kazımov onu da bildirib ki, məhkəmə bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinə iki dəfə sorğu göndərib, lakin cavab verilməyib: "Məhkəməni saymırlar".

Məhkəmə üçüncü dəfə sorğu göndərmək qərarına gəlib.

Məhkəmə prosesi iyulun 15-nə qədər təxirə salınıb.

2014-cü ildən Litvada siyasi mühacir kimi yaşayan A.Həsənov 2018-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya gəlib. Gəlişinin səbəbi isə atasının ağır durumu olub. Elə həmin gün - oktabrın 11-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
 
Meydan.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo