Sosial

Vəkil tutmaq istəyənlərin xərci artacaq

4 Dekabr, 2018
1290
Vəkillər Kollegiyasının yeni qərarına görə hər vəkildən orderinə görə 10 manat alınacaq.

Bu barədə məlumat kollegiyanın "Facebook” səhifəsində yerləşdirilib və vəkillər arasında müzakirələrə səbəb olub.

"Vəkillik haqqında qanun”a əsasən kollegiya üzvlük haqlarından maliyyələşir. Vəkillər Kollegiyasının 1500 üzvü var və hər ay hər biri 54.60 manat üzvlük haqqı ödəyir ki, bu da aya 82 min manata yaxın vəsait edir.

Müzakirələrdə yeni qərarın qanunu pozub pozmaması aktual mövzulardan olub. Bundan başqa "İnformasiya əldə etmək haqqında” qanuna görə qurumlar maliyyə hesablarını açıqlamalı olduğu halda, kollegiyanın saytında maliyyə hesabatı dərc olunmur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV-yə deyib ki, onlar müstəqil qurumdur, qeyri-dövlət təşkilatı olduğundan bu cür qərarlar qəbul etməkdə sərbəstdirlər.
 
 

Anar Bağırov bildirib ki, 10 manat yalnız müqavilə olan işlərdə tətbiq olunacaq.

"Təyinatla olan işlərdə bunu etmək olmaz. Amma müqavilə ilə olan işlərdə tətbiq olunacaq və toplanan vəsait vəkilliyin inkişafına, vəkillərin sosial müdafiəsi, imkansız, aztəminatlı vəkillər üçün dəstək olacaq”.

Onun sözlərinə görə, məsələ vəkillərlə razılaşdırıldıqdan sonra qərar halına salınıb:

"Saytımızda qaydalar dərc olunub, istənilən vəkil münasibət bildirə bilər, ancaq hamısından da rəy alınıb ki, razıyıq”.

Kollegiya sədri "İnformasiya əldə etmək haqqında” qanuna əsasən ictimaiyyətə hesabat verməmələri barədə suala belə cavab verdi:

"Bizdən hesabatı yalnız vəkillər tələb edə bilər və biz hesabatımızı onlara veririk. Biz vəkillər qarşısında hesabat verən orqanıq. Dünyanın heç bir yerində Vəkillər Kollegiyası cəmiyyətə hesabat vermir, yalnız üzvləri qarşısında cavabdehdir. Bu, peşə birliyidir, bizi ictimai birliklə qarışdırmaq doğru deyil”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo