Siyasət

"Vəkilimə psixoloji işgəncələr barədə məlumat verəndə telefonu kəsdilər..."

6 Noyabr, 2019
396
AXCP Gənclər Komitəsinin üzvü, jurnalist Şəmistan Həziyevin 30 sutkalıq həbsi barədə məhkəmə qərarından apelyasiya şikayəti verilib. Həmin şikayətə noyabrın 5-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə baxılıb.

Bu barədə "Amerikanın Səsi" məlumat yayıb.
 
Həbsdə olan jurnalist Şəmistan Həziyev deyir ki, məhkəmə qərarında onun küçədə telefonla danışarkən söyüş söydüyü, polislərə tabe olmadığı yazılsa da, yalandır.

O bildirir ki, əslində, sosial şəbəkələrdəki fəallığına, jurnalist fəaliyyətinə görə həbs edilib.

Şəmistan Həziyev bu haqda noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində onun haqqındakı qərardan verilən şikayətə baxılarkən danışıb.

Şəmistan Həziyev deyir ki, onu evlərinin yaxınlığında üç nəfər mülki geyimli saxlayıb. Öncə Yasamal rayonu, 29-cu polis bölməsinə, 7 saatdan sonra da Yasamal Rayon Məhkəməsinə aparıblar. Orada da haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 günlük inzibati həbs qərarı çıxarılıb:

"Bölmədə rəis məndən harda işləməyim, jurnalist fəaliyyətim, mitinqə gedib-getməməyim haqda soruşurdu. Söyüş söymüşdümsə, o haqda soruşardı”.

Şəmistan Həziyev təcridxanada saxlanma şəraitindən də şikayətlənib. Deyir ki, iki gün onu nazik geyimdə soyuqda saxlayıblar:

"Qəsdən pəncərəni də açmışdılar. Sonra məni əsasən narkotik istifadəçilərin, yoluxucu xəstəliyi olanların saxlandığı kameraya saldılar. Kameraya salanda da mənə güc tətbiq elədilər. Oradakı adamlar səhərə qədər qapını döyür, dərman istəyir, özünü divara çırpır. Bu gün (noyabrın 5-də) vəkilimə psixoloji işgəncələr barədə məlumat verəndə telefonu kəsdilər. Dedilər ki, bu gündən sənin danışıqlarına da "stop” qoyuldu, sənin başına dünyanı dar edəcəyik”.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov şikayəti təmin etməyib. Oktyabrın 31-dən həbsdə olan Şəmistan Həziyev haqqında Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Şəmistan Həziyev AXCP Gənclər Komitəsinin üzvüdür. AXCP-dən bildirilib ki, Milli Şuranın 19 oktyabr mitinqindən öncə və ondan sonra partiyanın 35-ə qədər fəalı həbs olunub. Onların bir qisminin cəzası başa çatıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo