15:09, 26 Sentyabr 2019 (Cümə axşamı) 61

Şahzadə Qaşıqçı cinayətindəki məsuliyyəti öz üzərinə götürdü

Şahzadə Qaşıqçı cinayətindəki məsuliyyəti öz üzərinə götürdü


/ DÜNYA
"Bütün məsuliyyəti öz üzərimə götürürəm, çünki hadisə mənim məsuliyyətim altında baş verib”.

Bu sözləri Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Camal Qaşıqçı cinayəti haqqında deyib.

Bu barədə xəbəri Türkiyənin NTV kanalı yayıb.

Məlumata görə, Səudiyyə vəliəhdi Amerikanın PBS kanalında yayımlanan "Frontline” xəbər proqramının aparıcısı jurnalist Martin Smithə bu haqda danışıb. Vəliəhdin danışdığı proqram  oktyabrın 1-də yayımlanacaq. Hazırda isə proqramın yalnız fraqmenti yayımlanıb.

Bin Salmanın Qaşıqçı cinayəti ilə əlaqədər suallara verdiyi cavablar şəhzadənin səsi və görüntüsü olmadan yayımlanıb. Şəhzadə, həmçinin ilk dəfə  cinayətlə bağlı danışdığını qeyd edib. 

Rəsmi fraqmentdə Bin Salmanın bu haqda danışmasını jurnalist Martin Smith özü bildirib.

Məlumata görə, jurnalist "sizin xəbəriniz olmadan belə bir şey necə baş verə bilər?” sualına Bin Salman "Səudiyyə Ərəbistanında 20 milyon adam yaşayır və 3 milyon dövlət çalışanı var”, - deyə cavab verib.

Martin Smithin "Bəs onlar sizə aid olan təyyarələrdən birini istifadə edə bilərlərmi” sualına isə "İşlərimi idarə edən səlahiyyətli şəxslər və nazirlər var. Bu, onların məsuliyyətidir. Onların bunu etmək səlahiyyəti var”, - deyə vəliəhd cavab verib.

Jurnalist Qaşıqçı cinayəti Bin Salmana aid təyyarələrdən biri ilə Türkiyəyə gələn qrup tərəfindən törədilib. Daha sonra cinayəti törədən qrup həmin təyyarə ilə Səudiyyə Ərəbistanına geri qayıdıb.

"Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı 2 oktyabrda Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. 

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin 2 oktyabr 2018-ci ildə getdiyi İstanbuldakı Baş Konsulluqda öldürüldüyünü etiraf edib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən cinayət haqqında hazırlanan 101 səhifəlik sənədlərdə Qaşıqçının sui-qəsdə qurban getdiyi bildirilib.

Sənədlərdə Vəliəhd şəhzadə Məhəmməd Bin Salmanın aralarında olduğu yüksək vəzifəli şəxslərin şahid qismində dindirilməsi üçün ortaya bəzi sübutlar çıxarılıb.

Əlavə olaraq Qaşıqçı cinayətinin araşdırılması ərəfəsində tətbiq edilən sanksiyaların Bin Salmanın  mal varlığını da əhatə etməsi istənilib.

Uğur Fərzəli