12:19, 17 Oktyabr 2018 (Çərşənbə) 201

Venesuela dollardan imtina edib

Venesuela dollardan imtina edib


/ DÜNYA
ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bu ölkə valyuta bazarında dollar satmaqdan imtina edib.

RT xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Tarek Əl-Aysami bildirib.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Venesuelanın valyuta bazarında ABŞ dolları ilə ticarətin davam etdirilməsinin qarşısını alır. Vitse-prizedent indi avrodan istifadə ediləcəyini söyləyib.
 
Rəsmi Vaşinqtonun Venesuelaya qarşı sanksiyalar tətbiq etmək qərarı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərindən sonra verilib. Ağ ev bu seçkilərin nəticələrini tanımaqdan imtina edib.