12:31, 27 Oktyabr 2020 (Çərşənbə axşamı) 78

Vəng kəndinin adı dəyişdirildi

Vəng kəndinin adı dəyişdirildi
Milli Məclisin oktyabrın 26-da keçirilən plenar iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun qəbul olunub.

Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O deyib ki, layihə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.