16:30, 29 Oktyabr 2019 (Çərşənbə axşamı) 190

Vətəndaşın şikayətinə görə polis əməkdaşı cəzalandırıldı

Vətəndaşın şikayətinə görə polis əməkdaşı cəzalandırıldı
Polis sahə inspektoru Xosrov Hüseynəliyev ciddi intizam tənbehinə cəlb edilib.

Bunu Toplum.Tv-yə Nizami rayonu, Çobanzadə küçəsində yaşayan Səadət Səlimova bildirib.

Səadət Səlimova, qızları X.Səlimova və Ç.Səlimova ilə birlikdə polis əməkdaşının qanunsuz əməllərindən Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə oktyabrın 26-da şikayət ərizəsi ünvanlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) ərizəyə cavabında bildirilir ki, araşdırma zamanı S. Səlimovanın şikayətində əks etdirilmiş faktlar təsdiqini tapdığından polis sahə inspektoru Xosrov Hüseynəliyev rayon polis idarəsi rəisinin müvafiq əmri ilə ciddi intizam tənbehinə cəlb edilib.


 
Daha əvvəl Toplum.tv-yə danışan X.Səlimova ailə-məişət zorakılığı zəmnində baş verən hadisələrdə polis sahə inspektoru Xosrov Hüseynəliyevin atası və qardaşını müdafiə etdiyini bildirib. Həmçinin o qeyd edib ki, polis əməkdaşı onu və anasını təhdid edib. 
 

Aytac Ağazadə