12:24, 14 Mart 2019 (Cümə axşamı) 374

VII Qlobal Bakı Forumu işə başlayıb

VII Qlobal Bakı Forumu işə başlayıb
Martın 14-də Bakıda «Dünyanın yeni xarici siyasəti» mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb. Daha sonra Azərbaycan prezidenti İ.Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu tədbirə 50 ölkədən 500-dən artıq nümayəndənin qatıldığı bildirilir. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional məsələlərin müzakirə ediləcəyi qeyd olunur.

Hər il Bakı Qlobal Forumunda dünyanın bir çox ölkələrindən yüzlərlə nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan keçmiş dövlət və hökumət başçıları iştirak edirlər.

Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir.

Təşkilatçıların fikrincə, bu forum daha çox dünya problemlərinin sərbəst müzakirə platformasıdır.