22:03, 13 İyun 2019 (Cümə axşamı) 44

Vladimir Putin Moldovalı həmkarı İqor Dodonu dəstəkləyəcəyini bildirib

Vladimir Putin Moldovalı həmkarı İqor Dodonu dəstəkləyəcəyini bildirib


/ DÜNYA
O, bildirib ki, Moldovada mövcud mürəkkəb siyasi vəziyyətdə prezidenti İqor Dodona dəstəyini davam etdirəcək.

Bu barədə AzadliqRadiosu xəbər verir. 

Putin Moldovada hakimiyyətin oliqarxlar tərəfindən ələ keçirildiyini iddia edib: "Başqa sözlə, onlar moldovalılar hesabına maddi vəsait əldə edərək dövlət üzərində təsirini gücləndiriblər. Ölkədə bütün dövlət strukturlarını, hüquq-mühafizə orqanlarını, parlamenti oliqarxlar qəsb edib"

Xəbərdə deyilir ki, fevral ayında keçirilmiş və heç bir nəticə hasil etməmiş parlament seçkilərindən sonra Moldovanın Konstitusiya Məhkəməsi parlamentin ləğvini elan edib və yeni seçkiləri iyun ayının 7-ə təyin edib.

Moldova qanunvericiliyi seçki nəticələrinin elan edilməsindən sonra üç ay ərzində hökumətin təşkilini nəzərdə tutur.

İyunun 8-də isə Dodonun Moskva ilə sıx əlaqələrə sahib Sosialist Partiyasının parlament liderləri Avropayönümlü ACUM kimi tanınan blokla razılaşma əldə edib.

Parlamentdə 101 oturacaqdan 61-nə nəzarət edən yeni ittifaq məqsədinin Baş nazir Pavel Filipin iqtidardakı Demokratik Partiyasını (PDM) hakimiyyətdən uzaqlaşdırmaq olduğunu açıqlayıb.

İttifaq məhkəməni konstitusiyanı yanlış dəyərləndirməkdə və öncəki parlament seçkilərinin nəticələrini üç ay əvəzinə 90 gündən sonra ləğv etməkdə qınayıb.

İttifaq həmçinin ACUM liderlərindən biri olan Maia Sandunun rəhbərlik etdiyi yeni hökumətin qəbul edilməsinə səs verib.

Məhkəmə iyunun 9-da Sandu hökumətini qeyri-konstitusion elan edib və Sosialist Partiyasının keçmiş lideri Dodonun prezidentliyini ləğv edib.

Bununla Pavel Filip müvəqqəti prezident olaraq vəzifəyə başlayıb. O, parlamenti buraxıb və 6 sentyabr tarixində erkən seçkilərə çağırış edib.

Pavel Filip deyir ki, Dodon parlamentin ləğvinə etiraz etdiyi üçün devrilib.

Demokratik Partiyaya bir çoxunun iddia etdiyi kimi Moldovanı kənardan idarə edən iş adamı Vladimir Plahotniuc başçılıq edir.

Sosialistlər və ACUM iddia edirlər ki, Konstitusiya Məhkəməsi də Plahotniuc tərəfindən idarə edilir.

Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və NATO diplomatik bəyanatlarla hər iki tərəfi ehtiyatlı davranmağa çağırıb.