11:49, 20 May 2019 (Bazar ertəsi) 79

Vladimir Zelenski prezident vəzifəsinin icrasına başlayıb

Vladimir Zelenski prezident vəzifəsinin icrasına başlayıb


/ DÜNYA
Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi olub.

Vladimir Zelenskinin andiçmə mərasimi Ukrayna parlamentinin sessiya zalında keçirilir.

Vladimir Zelenski and içdikdən sonra andiçmə mətnini imzalayıb və onu Konstitusiya Məhkəməsinin sədrinə təqdim edib. 

Mərasimdə Litva Prezidenti Dalya Qribauskayte, Macarıstan Prezidenti Yanoş Ader, Latviya Prezidenti Raymonds Veyonis, Estoniya Prezidenti Kersti Kalyulayd, Gürcüstan Prezidenti Salome Zurabişvili iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.

Mərasimin təntənəli hissəsindən sonra yeni prezident xarici dövlət başçıları və hökumət üzvləri ilə Prezident Administrasiyasında görüşəcək.

Bundan sonra Vladimir Zelenski dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.