14:31, 08 İyul 2019 (Bazar ertəsi) 67

Zelenski Putinə görüşməyi təklif edib

Zelenski Putinə görüşməyi təklif edib


/ DÜNYA
Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Krım və Donbasdakı vəziyyəti Belarusun paytaxtı Minskdə müzakirə etməyi təklif edib.

"Report.az" xəbər verir ki, Vladimir Zelenski bu barədə "Facebook” səhifəsində müraciətində bildirib.

"Danışıqlar üçün bu şəxsləri təklif edirəm: Mən, siz (Vladimir Putini nəzərdə tutur - red.), ABŞ prezidenti Donald Tramp, Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron”, - deyə o vurğulayıb.

V.Zelenski qeyd edib ki, Ukrayna diplomatik formatların heç birindən imtina etmir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin təklifini dəyərləndirərək bildirib ki, beynəlxalq münasibətlərdə mümkünsüz heç nə yoxdur.