İqtisadiyyat

Vüqar Bayramov: "Dotasiya almayan rayonların sayının artmasına ehtiyac var"

29 Noyabr, 2018
1374
"Bu, büdcə gəlirlərinin daha səmərəli bölüşdürülməsi baxımından məqsədəuyğundur''

2019-cu ildə xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların sayının 34-ə çatdırılmasını nəzərdə tutulur.

Vergilər Nazirliyinin məlumatında bildirilir ki, ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün şəhər və rayonlar, o cümlədən öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən 32 şəhər və rayon üzrə büdcə proqnozları yerinə yetirib:

"Real sektorda vergi daxilolmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb. Regionlardan daxil olan vergilərin, demək olar ki, bütün tədiyyələr üzrə əhəmiyyətli dərəcədə artımı qeydə alınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyər vergisi üzrə 3,8%, mənfəət vergisi 42,5%, gəlir vergisi üzrə 10,1%, aksizlər üzrə 67,3%, sadələşdirilmiş vergi üzrə isə 22,5% artım qeydə alınıb”.

Nazirlik qeyd edib ki, 2019-cu ildə xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların sayının 34-ə çatdırılacaq:

"Bu amil bir daha regionların inkişafı ilə bağlı yürüdülən siyasətin mühüm göstəricisi kimi rayonların iqtisadi potensialının artırılması, maliyyə xərclərinin və investisiya layihələrinin yerli resurslar hesabına həyata keçirilməsi, bölgələrdə fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarından istifadə olunması və vergi ödəmə imkanlarının artması ilə bağlıdır”.

İqtisadcı Vüqar Bayramov Meydan TV-yə deyib ki, 2019-cu ildə dövlət büdcəsinin yerli xərclərinin məbləği 840 milyon manatdan çox olacaq. Bu, cari illə müqayisədə 16,1 faiz artım deməkdir. Eyni zamanda, yerli xərclərin 12,4 faizi mərkəzi büdcədən dotasiya hesabına qarşılanacaq, bu isə 2018-ci illə müqayisədə 2,6 faiz artım deməkdir:

"Eləcə də gələn il dotasiyadan azad olunan rayonların sayının 34-ə çatdırılması nəzərdə tutulur. Baxmayaraq ki, bu əvvəlki illərlə müqayisədə daha çoxdur, amma hələ də dövlət büdcəsindən dotasiya alan rayonların sayı almayanların sayından çoxdur. Ona görə də növbəti illərdə dövlət büdcəsindən dotasiya almayan rayonların sayının artmasına ehtiyac var”.

Vüqar Bayramov beynəlxalq təcrübəni xatırladaraq əlavə edib ki, xarici ölkələrdə dissentralizasiya prinsipindən daha çox istifadə olunur. Xüsusən də yerlər öz xərclərini gəlirləri hesabına ödəyirlər, konkret olaraq Polşa təcrübəsi daha çox tətbiq edilir və öyrənilir:

"Polşada bələdiyyələr və yerli icra hakimiyyətləri ilkin mərhələdə fəaliyyət göstərsə də, sonradan səlahiyyətlər bələdiyyələrə verildi. Nəticədə bələdiyyələrin maliyyə potensialı artdı və gəlirlərini xərcləri hesabına ödədilər. Bu baxımdan oxşar praktikanın Azərbaycanda tətbiqi daha məqsədəuyğun olardı. Nəticə etibarı ilə rayonların dövlət büdcəsindən asılılığının aradan qaldırılmasına və onların xərclərini gəlirləri hesabına ödənməsinə ehtiyac var. Bu, regionların dotasiyadan asılılığını aradan qaldıracaq, həm də büdcə gəlirlərinin daha səmərəli bölüşdürülməsi baxımından məqsədəuyğundur”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo