22:33, 24 Sentyabr 2019 (Çərşənbə axşamı) 2942

Vurğun Əyyub son mənzilə belə yola salınıb - NO COMMENT

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyub son mənzilə yola salınıb.

Dəfn mərasimində siyasilər və ictimaiyyət nümayəndələri iştirak edib. Vurğun Əyyub xərçəng xəstəliyindən vəfat edib.

1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib.

Onun dövründə Azərbaycanda ilk dəfə test üsulu ilə qəbul imtahanı keçirilməsi təmin olunub.

1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı "Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.2014-cü ildən Azərbaycan Demokratik Rifah Hərəkatının sədr müavini olub.

Hazırladı: Nərgiz Absalamova