18:11, 17 İyun 2019 (Bazar ertəsi) 102

Vüsal Kərimli: “Bu ilin avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək”

Vüsal Kərimli: “Bu ilin avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək”
"Bu il Bakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”. 

Bunu "İTV"yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Vüsal Kərimli bunun insanların daha rahat nəqliyyat vasitəsi ilə təmin etmək məqsədi daşıdığını qeyd edib: "Amma burada digər məsələ də var. Kompleks tədbirlər görülməlidir. Bura yol infrastrukturu, dayanacaqların quraşdırılması, nişanlanma daxildir. Düşünürəm ki, bütün bunlar olduqdan sonra ilin sonuna qədər biz qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, bu il avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək.