Sosial

WADA: Azərbaycan 2017-ci ildə dopinq pozuntusuna görə 14-cü olub

20 Dekabr, 2019
336
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

APA-nın verdiyi məlumata görə, hesabat dövründə antidopinq qaydalarının 1804 dəfə pozulması qeydə alınıb.

Bu rəqəm 2016-cı ildə 1595, 2015-ci ildə isə 1929-a bərabər olub.

Ən çox qayda pozan ölkə İtaliyadır. Bu ölkənin idmançıları 171 dəfə diqqət mərkəzinə düşüblər. Fransa 128, ABŞ 103, Braziliya 84, Rusiya 82 dəfə agentliyin qaydalarına zidd hərəkət edib.

Azərbaycan idmançıları da siyahıda "yuxarı” pillələrdədir. İl ərzində 32 qayda pozuntusuna yol verən təmsilçilərimiz siyahıda 14-cüdür.

Milli üzvləri 30 dəfə dopinq test zamanı "ilişibsə”, iki dəfə bundan imtinaya görə cəzalanıb. 30 pozuntudan 24-ü kişi, 6-sı qadın idmançıların hesabındadır. Bunlardan 21-i yarış zamanı, 9-u turnirdən kənar aşkarlanıb.

10 müxtəlif idman növündəki təmsilçilərimizdən götürülən analizlər müsbət nəticə verib. İdmançılarımız ağır atletikada daha çox – 9 dəfə "fərqlənib”. Güləşdə 6, velosiped idmanında 4, atletika və bodibildinqin hərəsində 3, həndbol və cüdonun hərəsində 2 belə hal yaşanıb. Bir qayda pozuntusuna yol verilən üç idman növü sırasında boks və karate ilə yanaşı, nə qədər qəribə olsa da amerika futbolu da var.

245 min 232 dopinq testin götürüldüyü ildə 93 idman növü üzrə 114 ölkə təmsilçisi yoxlanılıb. Bodibildinq (266), atletika (242), velosiped idmanı (218) növləri daha çox "ilişiblər”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo