13:52, 11 Aprel 2019 (Cümə axşamı) 111

“WikiLeaks”in qurucusu Londonda polis tərəfindən saxlanılıb

“WikiLeaks”in qurucusu Londonda polis tərəfindən saxlanılıb


/ DÜNYA
"WikiLeaks”in qurucusu Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb.

C.Assanj 7 ildir Ekvadorun Britaniyadakı səfirliyinə sığınmışdı. 

Ekvador ona sığınacaq verməkdən imtina edib. Ona görə də "WikiLeaks”in qurucusu səfirliyi tərk edib. 
 
O, diplomatik nümayəndəlikdən çıxan kimi polis tərəfindən saxlanılıb.  
 
Verilən məlumata görə polisi Ekvador səfirliyi nümayəndələri çağırıb.