Dünya

Xaricdəki iranlı jurnalistlərin ölümlə hədələndiyi bildirilir

23 Yanvar, 2020
485
Sərhədsiz Müxbirlər (Reporters Without Borders - RSF) təşkilatı bildirir ki, xaricdə İranın mühacir mediasında, habelə farsdilli beynəlxalq mediada çalışan İran jurnalistlərinin "təhdid edilməsindən” ciddi narahatlıq keçirir.
 
AzadlıqRadiosu xəbər verir ki, yanvarın 22-də yaydığı açıq məktubda Parisdə mənzillənmiş media azadlığı gözətçisi Britaniya, Fransa, Almaniya, Niderland, Çexiya, İsveç və Birləşmiş Ştatların liderlərini belə hədələri qətiyyətlə pisləməyə və təhdid edilən jurnalistlərin mühafizəsinə çağırıb.

Məktubda bu da deyilir ki, Qərb liderləri fundamental xəbər və informasiya azadlığının müdafiəsi üçün İran hökuməti ilə birbaşa dialoqa girməlidirlər.

Təşkilat bildirir ki, İranın özündə yerli media, son etirazlar da daxil baş verənlər barədə məlumatlar vermək imkanından məhrumdur, beləki hakimiyyət orqanlarının sərt nəzarəti altındadır.

Sərhədsiz Müxbirlər təşkilatı bildirib ki, indi İran hakimiyyəti bir çox iranlılar üçün müstəqil informasiya mənbəyi olan BBC, Amerikanın səsi, AzadlıqRadiosu, Alman Dalğası, Radio France Internationale və Zəmanə Radiosunun farsdilli redaksiyalarında çalışanları hədələmək qərarına gəlib.

Məktubda deyilir ki, hədələnən media qurumlarının arasında I xəbər saytları kimi mühacir medran international və Manoto TV kanalları, Kayhan London və IranWireiaları da var.

Xəbər verilir ki, xaricədki iranlı jurnalistlərə qarşı kiberhücumlardan, sosial mediada təhqirlərdən və hədələrdən istifadə olunur.

Londonda çalışan müxbirlərin "elə küçədəncə oğurlanaraq İrana qaçırılacaqları” ilə hədələndikləri bildirilir.

Təşkilatın məktubunda deyilir ki, Avropada və ABŞ-da yaşayan 200-dək iranlı jurnalist təhdid olunub. Onlardan 50-sinin ölümlə hədələndiyi deyilir.

Bu da xəbər verilir ki, İran hakimiyyət orqanları xaricdə işləyən və yaşayan iranlı jurnalistlərin İrandakı yaxınlarını və qohumlarını təqib edir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo