13:21, 20 İyun 2019 (Cümə axşamı) 67

Xarici işlər naziri ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri görüşüb

Xarici işlər naziri  ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri  görüşüb
İyunun 19-da Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşü baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Mətbuat xidməti bildirir ki, görüşdə tərəflər bir sıra məsələlər üzrə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıb.

ABŞ və Azərbaycan arasında mövcud olan ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində rellaşdırılan layhələr, habelə Avropaya qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları tərəflər arasında müzakirə edilib.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud olan vəziyyət, eləcə də qlobal gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Mətbuat Xidmətinin məlumatına görə, nazir Məmmədyarov ABŞ dövlət katibinin müavini Con Sullivanla da görüş keçirəcək.

İyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlərnaziri Zöhrab Mnasakanyan görüşəcək.