14:05, 11 Aprel 2019 (Cümə axşamı) 107

Xarici işlər nazirləri yenidən görüşəcək

Xarici işlər nazirləri yenidən görüşəcək
Aprelin 15-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Moskvada görüşü keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb.

Keçirilən son görüşdə Azərbaycan və Ermənistan liderləri öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə görüşmək barədə tapşırıq vermişdi.