13:08, 13 Dekabr 2018 (Cümə axşamı) 627

Xarici valyuta satışı artıb

Xarici valyuta satışı artıb
Azərbaycan Mərkəzi Bankı son 10 ayın yekunları üzrə bankların nağd formada həyata keçirdiyi xarici valyuta ticarətinə dair məlumat açıqlayıb.

Məlumata görə, ötən ilin 10 ayı ilə müqayisədə banklar tərəfindən nağd satılan xarici valyutanın həcmi iki dəfəyə yaxın artıb.

Belə ki, bütün növ xarici valyutaların satışı ötən ilin 10 ayında 1.750 mlrd. dollar, 2018-ci ilin eyni dövründə isə 3.380 mlrd. dollar ekvivalentində olub. 2018-ci ilin yanvar-oktyabr ayında satılan nağd xarici valyutanın təxminən 77.2 faizini ABŞ dolları, 19.6 faizini avro, 1.8 faizini ingilis funt sterlinqi, 1.4 faizini isə rus rublu təşkil edib.