23:39, 14 Yanvar 2019 (Bazar ertəsi) 644

Xədicə İsmayıl da aclıq aksiyasına başlayır

Xədicə İsmayıl da aclıq aksiyasına başlayır
Araşdırmaçı jurnalist Xədicə İsmayıl sabahdan aclıq aksiyasına başlayacağını deyir. 

Bu barədə, o, şəxsi "Facebook” səhifəsində məlumat yayıb.

Jurnalist paylaşımında doğruları söyləyən həmkarlarının həbsə atıldığı ölkədə yaşadığını vurğulayıb. 

O bildirib ki, bu şəraitdə etiraz əlaməti olaraq siyasi məhbusların başlatdığı aclıq aksiyasına qoşulmağı yeganə uyğun yol hesab edir. 

Jurnalist Xədicə İsmayıl illərdir ki, Azərbaycan hökumətinin tənqidçisi olub. 

O, hökumət və prezident İlham Əliyevin ailəsinə bağlı biznesləri araşdırıb.

Xədicə İsmayılova 2014-cü ildə həbs olunaraq vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 2016-cı ildə şərti azadlığa buraxılıb.

Avropa Məhkəməsində bu işlə bağlı da bir iddia qaldırılıb.



Türkan Bəşir
Toplum TV