13:53, 11 İyun 2019 (Çərşənbə axşamı) 66

“Xətai” stansiyasının açılacağı vaxt açıqlanıb

“Xətai” stansiyasının açılacağı vaxt açıqlanıb
"Bakı Metropoliteni”nin "Xətai" stansiyası avqust ayında açılacaq".

"Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bu barədə "Report"a məlumat verib.

H.Məmmədovun deyib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: "Biz çalışırıq ki, "Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.