10:04, 09 Oktyabr 2019 (Çərşənbə) 161

Xəzər dənizində iki zəlzələ qeydə alınıb

Xəzər dənizində iki zəlzələ qeydə alınıb
Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub.
 
Report.az bu barədə məulmat verib.

Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla 09:33-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 8 km olub.

Daha əvvəl isə yerli vaxtla 07:06-da Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.4, dərinliyi 20 km olub.