15:22, 12 Avqust 2019 (Bazar ertəsi) 84

Xəzər İqtisadi Forumunun Həştərxanda keçirilməsi planlaşdırılır

Xəzər İqtisadi Forumunun Həştərxanda keçirilməsi planlaşdırılır
İkinci Xəzər İqtisadi Forumunun Həştərxanda keçirilməsi planlaşdırılır.

RİA "Novosti" xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib.

"Mən bir daha türkmən dostlarımıza qonaqpərvərliyə görə təşəkkür edirəm, Qurban bayramlarını təbrik edirəm və hər kəsi Həştərxana dəvət edirəm. Biz orada növbəti - ikinci Xəzər İqtisadi Forumunu keçirməyi planlaşdırırıq", - Medvedev Türkmənistanda keçirilən birinci Xəzər İqtisadi Forumu zamanı deyib.

Birinci Xəzər İqtisadi Forumu Türkmənbaşıda işə başlayıb.