14:19, 15 Aprel 2019 (Bazar ertəsi) 148

XİN başçıları ilə həmsədrlərinin görüşü başa çatıb

XİN başçıları ilə həmsədrlərinin görüşü başa çatıb
Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanian və Sergey Lavrov ilə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Andrü Şafer (ABŞ) arasında görüş keçirilib.

ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.
 
Danışıqların yekunları ilə bağlı birgə bəyanat veriləcəyi gözlənilir. 

Report.az