14:19, 17 Oktyabr 2020 (Şənbə) 79

XİN Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı

XİN Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı
Oktyabrın 17-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gəncəyə raket hücumu ilə bağlı bəyanat yayıb.

Bəyanatda hadisənin təfərrüvatları, ölən və yaralananlar haqqında məlumat yer alır və hücumun sayca üçüncü olduğu vurğulanır.
 
Bəyanatda həmçinin qeyd edilir ki, "Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır”.
 
XİN bildirir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcək.
 
Oktyabrın 16-dan 17-nə keçən gecə Gəncə şəhəri Ermənistan ordusu tərəfindən raket atəşinə tutulub. Son məlumatlara görə, 13 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.