12:06, 22 May 2019 (Çərşənbə) 68

XİN: ""Keşikçidağ" ilə bağlı Komissiyanın iki günlük iclası keçiriləcək"

XİN:
Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası cari ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Komissiyanın Azərbaycan və Gürcüstan tərəfdən həmsədrləri - xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsalia arasında tanışlıq xarakterli görüş mayın 14-də Bakıda keçirilib.