Siyasət

XIN Paşinyanın fikrinə münasibət bildirib

16 May, 2020
686
Ermənistan baş nazirinin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə bu cür fikirlər səsləndirməsi, ya onun son iki il ərzində hələ də bu prosesi öyrənə bilmədiyini, ya da bu kimi bəyanatları ilə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü göstərir. Doğrudur, danışıqlar prosesində yeni sənəd yoxdur, çünki yeni sənədə və təklifə heç ehtiyac da yoxdur. Belə ki, danışıqlar ATƏT-in Minsk Qrupunun 2019-cu ilin 9 mart tarixli bəyanatında da açıqlandığı kimi, danışıqlar masasında artıq mövcud olan sənəd üzrə aparılır. 

"Report"un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş naziri Nikol Paşinyanın onlayn mətbuat konfransı zamanı münaqişənin həlli üzrə "məxməri inqilabdan” sonra yeni sənədin irəli sürülmədiyini, köhnə təklifin isə məqbul olmadığı fikrinə münasibət bildirərkən deyib.

"Maraqlıdır, N.Paşinyan son iki il ərzində Ermənistan Xarici İşlər nazirinin aparılan danışıqlar prosesində nə işlə məşğul olduğu ilə heç maraqlanıbmı? Bəlkə də, bu ilin yanvar ayında Cenevrədə intensiv şəkildə aparılan danışıqlar da daxil olmaqla, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə təqdim olunan sənədləri Ermənistan Xarici İşlər nazirinin öz baş nazirinə təqdim etmədiyi istisna olunmamalıdır.

Əgər Ermənistanın hazırkı rəhbərliyinin məqsədi "danışıqlar”pərdəsi altında münaqişənin həllini uzatmaqdırsa, bu yanaşma həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə rədd olunur.

Danışıqlar prosesini və beynəlxalq vasitəçilərin səylərini heçə endirmək istəyən işğalçı Ermənistan rəhbərliyinə xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının səyləri də daxil olmaqla, bu ölkələrin vasitəçiliyi ilə uzun illər ərzində Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başlıca məqsədi BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması, yüz minlərlə məcburi köçkünün insan hüquqlarının bərpa olunması və beləliklə də bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır.

Ermənistan rəhbərliyi bu kimi bəyanatları ilə aydın şəkildə göstərir, hansı ölkə sülhün, hansı ölkə isə bölgədə gərginliyin artırılmasının tərəfdarıdır. Bir daha vurğulayırıq ki, bölgədə vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti tamamilə Ermənistanın üzərindədir" - deyə L.Abdullayeva bildirib. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo