17:48, 17 Oktyabr 2020 (Şənbə) 44

XİN rəhbəri əcnəbi həmkarlarına Gəncənin vurulmasından danışıb

XİN rəhbəri əcnəbi həmkarlarına Gəncənin vurulmasından danışıb
Oktyabrın 17-də tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə raket hücumu ilə əlaqədar Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
"Şiddətlə qınadığımız bu qanlı cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu qarşı tərəfin diqqətinə çatdırılıb” – deyə nazir bildirib.
 
Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb. Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.