16:38, 11 Oktyabr 2019 (Cümə) 1397

XİN Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı bəyanat verib

XİN Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı bəyanat verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı bəyanat verib.
 
Bəyanatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
 
 Bəyanatda bildirilib ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir, beynəlxalq ictimaiyyətin terrorizmlə mübarizədə səylərini dəstəkləyir.
 
"Biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcəkdir.", - XİN bildirir.