18:43, 27 Noyabr 2019 (Çərşənbə) 63

Xırdalanda yolların təmiri üçün 3,9 milyon manat ayrılıb

Xırdalanda yolların təmiri üçün 3,9 milyon manat ayrılıb


Prezident İlham Əliyev noyabrın 27-də "Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.