21:49, 17 Oktyabr 2020 (Şənbə) 85

Xocalı əməliyyatında iştirak edən Rüstəm Qasparyan xəstəxanada ölüb

Xocalı əməliyyatında iştirak edən Rüstəm Qasparyan xəstəxanada ölüb
Oktyabrın 17-də Çiçəklənən Ermənistan Partiyasının sabiq deputatı, Xocalı əməliyyatında iştirak etdiyi deyilən Rüstəm Qasparyan xəstəxanada ölüb.

Bu barədə Ermənistanın "news.am” saytı məlumat yayıb.

Məlumatın onun partiya yoldaşı Naira Zöhrabyan tərəfindən verildiyi deyilir.

Eyni saytın məlumatına görə, oktyabrın 16-da Qarabağda gedən döyüşlərdə R.Qasparyan ağır yaralanmış,oğlu isə həlak olmuşdu.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında münaqişə alovlanıb, döyüşlər gedir.

Azərbaycan Cəbrayıl, Füzuli şəhərlərini, Hadrutu, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad etdiyini bildirir.

Oktyabrın 10-da tərəflər humanitar atəşkəs haqda razılıq əldə etsələr də, tərəflər onun pozulmasında bir-birini ittiham edir.