Sosial

Xüsusi karantin rejiminin KİV-ə təsiri

5 Aprel, 2020
848
Xüsusi karantin rejimini dövründə fəaliyyətinin davam etdirilməsinə icazə verilən strukturlardan biri də kütləvi informasiya vasitələridir.

Bəs bu müddətdə KİV öz fəaliyyətini necə davam etdirəcək?

Toplum TV koronavirusa yoluxma təhlükəsinin redaksiyaların iş rejiminə necə təsir etdiyini öyrənməyə çalışıb.

""APA TV"-də növbətçilik prinsipi tətbiq olunub”, - bunu "APA TV"nin baş redaktoru Cavid İsmayıl  bildirib.

"Xüsusi karantin rejimi ilə əlaqədar kollektiv iki hissəyə bölünüb və 3 gündən bir işləyirlər. Əməkdaşların təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Ofisin girişində spirt və gel qoyulub, həftədə bir dəfə bütün ofis, hər gün və gündə bir neçə dəfə bütün qapı cəftələri dezinfeksiya olunur. Çəkilişə çıxan qruplar maska və əlcəklərlə təmin olunur, hər çəkiliş zamanı mikrofonlar streçlənir”, - Cavid İsmayıl əlavə edib.

Məsələ ilə bağlı olaraq "AzerForum" saytından Toplum Tv-yə bildirilib: "Jurnalistlərimiz ictimaiyyətin problemlərini araşdırmaq və onları işıqlandırmaq üçün dayanmadan çalışır. Lakin bununla yanaşı öz şəxsi gigiyenaları və sağlamlıqları üçün gərəkli vasitələrlə təmin olunublar”.

"Meydan.Tv"nin həmtəsisçisi Həbib Müntəzir də online fəaliyyət göstərdiklərini deyir: "Berlindəki əməkdaşlarımız əsasən evdən fəaliyyət göstərirlər. İş bölügüsü və planlaşmanı online icra edirik. Bakıdakı əməkdaşlarımız isə zəruri olmadıqca çölə çıxmır, onlar da ev şəraitində çalışırlar". 


İbrahim Məmmədov: "Jurnalistlər rayon və şəhərlərarası məhdudiyyətə əməl etməlidir”
 
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, xüsusi karantin rejimində KİV öz fəaliyyətlərini davam etdirəcək. "Çünki informasiyanın alınması, ötürülməsi, strateji əhəmiyyətli və mühüm məsələdir”.

O əlavə edib ki, rayon və şəhərlərarası məhdudiyyət jurnalistlərə də aiddir: "Jurnalist əgər Bakıdadırsa, ancaq Bakı, Sumqayıt və Abşeronda hərəkət azadlığı var. Bakı, Sumqayıt və Abşeronun hüdudlarını keçib, başqa ərazilərə gedə bilməz. Digər rayonlardakı jurnalistlər də həmçinin...”

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət martın 31-dən aprelin 20-dək dayandırılıb.

Azərbaycanda koronavirusla mübarizə məqsədilə martın 24-dən xüsusi karantin elan olunub.

Türkay Zadə



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo