Dünya

Yaponiya və Cənubi Koreya hərbi məlumatların mübadiləsini dayandırır

17 Noyabr, 2019
477
Yaponiya və Cənubi Koreya Müdafiə nazirləri hərbi məlumatların mübadiləsi barədə razılaşmanın müddətini uzatmaq barədə razılığa gələ bilməyiblər.

Bu barədə "Kiodo” agentliyi məlumat yayıb.

Bununla belə, Müdafiə nazirlərinin Banqkokda keçirilən görüşündə Şimali Koreyanın raket-nüvə problemi ilə əlaqədar Yaponiya və Cənubi Koreyanın ABŞ-la əməkdaşlıq etməsi vacib sayılıb.

Görüşdə Yaponiya Müdafiə naziri Taro Kono Cənubi Koreya Müdafiə naziri Çon Qyon Dunu Seulun Tokio ilə Şimali Koreya barədə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmasıyla əlaqədar qərarı barədə düşünməyə çağırıb. İki ölkə arasında 2016-cı ildə bağlanan və bir həftə sonra müddəti başa çatacaq GSOMIA adlanan sazişə görə, Seul Şimali Koreya barədə kəşfiyyat məlumatlarını paylaşmalıdır.

Görüşdən donra Cənubi Koreya Müdafiə naziri jurnalistlərə açıqlamasında Tokio ilə imzalanan sazişin müddətinin uzadılmasından imtina edilməsinin səbəbinin Yaponiyanın  Cənubi Koreyaya nanomaterialların ixracına dair qaydaları sərtləşdirməsi olduğunu bildirib. Başqa sözlə, Çon Qyon Dun Tokionu ilk növbədə elektronika sahəsində mühüm rol oynayan nanomaterialların ixracına dair məhdudiyyəti aradan qaldırmağa dəvət edib.

Seul və Tokio arasında münasibətlərin gərginləşməsinin ilkin səbəbi isə Cənubi Koreyada məhkəmənin yapon şirkətlərinin kompensasiya ödəməli olduğu barədə qərar verməsidir. Məhkəmə Yaponiyanın Koreya yarımadasında hökmranlıq etdiyi dövrdə - 1910-1945-ci illərdə yapon şirkətlərinin Cənubi Koreya sakinlərinin əməyini istismar etməkdə günahkar sayıb.
 
Yaponiya kompensasiya barədə qərarı ədalətsiz sayır. Arqument isə budur ki, iki ölkə arasında 1965-ci ildə diplomatik münasibətlər qurularkən Yaponiya  müstəmləkəçilik dövrü ilə əlaqədar Cənubi Koreyaya böyük məbləğdə kompensasiya ödəyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo