Dünya

Yaponiyanın kosmik aparatı asteroidə enib

11 İyul, 2019
295
Yaponiyanın "Hayabusa2" heyətsiz kosmik aparatı uzaq məsafədə yerləşən asteroidə ikinci dəfə uğurlu eniş edib. 

Azadlıq Radiosu xəbər verib ki, bu barədə ölkənin kosmik agentliyi məlumatı aparatdan ötürülən informasiyaya əsasən yayıb.

Yaponiya Aerokosmik Tədqiqat Agentliyi (JAXA) iyulun 11-də bildirib ki, "eniş uğurlu olub”, bu xəbər missiyaya nəzarət otağında alqışlarla qarşılanıb.

Aparatın məqsədi günəş sisteminin təkamülünə öyrənməyə kömək edəcək nümunələr götürməkdir.

Ryugu asteroidi Yerdən 300 milyon kilometr məsafədə yerləşir və "Hayabusa2" aparatı çoxillik missiyası dövründə artıq ikinci dəfədir ora enir.

İlk dəfə fevralda eniş etmiş aparat asteroidin səthinə güllə atmış və nümunə üçün toz əldə etmişdi.

"Hayabusa2" böyük soyuducu boydadır, enerji təminatından ötrü günəş panelləri ilə təchiz olunub.

Onun sələfi "Hayabusa1" 2010-cu ildə daha kiçik asteroiddən toz nümunələri götürərək Yerə qayıtmışdı. O, kosmosda yeddi il qalmışdı.

2014-cü ildə buraxılmış "Hayabusa2"-nin gerçəkləşdirdiyi missiyanın dəyəri 270 milyon dollardır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo