13:41, 12 Noyabr 2019 (Çərşənbə axşamı) 79

Yasamal rayonuna yeni icra başçısı təyin edilib

Yasamal rayonuna yeni icra başçısı təyin edilib
Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

President.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

E.Həsənov 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
 
Dövlət başçısının digər sərəncamı ilə Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.