16:03, 04 Sentyabr 2019 (Çərşənbə) 96

Yaşamaq üçün ən rahat şəhərlərin adları açıqlanıb

Yaşamaq üçün ən rahat şəhərlərin adları açıqlanıb


/ DÜNYA
Dünyanın ən rahat yaşayış şərtlərinə malik şəhərlərinin reytinqi açıqlanıb.

"Report.az" xəbər verir ki,  reytinq cədvəli "Economist” tərəfindən hər il tərtib edilir.

Keçən ildə olduğu kimi, bu ildə Vyana birinci yeri tutub.

Reytinqdə uzun illərdir qalib olmuş Melburn artıq ikinci dəfədir ikinci olub.

Üçüncü yerdə qərarlaşan Sidney və Osakanı dördüncü pilləyə sıxışdırıb.

Onluqda olan digər şəhərlər isə Vancouver, Tokyo, Toronto, Kopenhagen , Kalgaryer və Adelaide yer alıb.

Siyahıda son yerləri Dəkkə, Laqos, Dəməşq tutub.

Reytinq sabitlik, səhiyyə xidmətləri, mədəniyyətin səviyyəsi, təhsil, ətraf mühit, infrastruktur da daxil olmaqla 30-dan artıq meyara əsasən tərtib olunur.